Humix MMC istehsal gücünü artıraraq aqrar sektorda mövqeyini gücləndirir
Humix MMC istehsal gücünü 18.000 tona çatdırdı
"Humix" MMC
Azərbaycanın aparıcı gübrə istehsalçısı biri olan Humix MMC, istehsal imkanlarını genişləndirərək illik gücünü 18.000 tona çatdırıb. Sabirabad Sənaye Məhəlləsində yerləşən müəssisə müasir texnologiyalar əsasında fəaliyyət göstərərək, yerli fermerlərin keyfiyyətli gübrə ehtiyacını qarşılamağa davam edir.
Şirkət rəhbərliyinin sözlərinə görə, bu artım daxili bazarın təminatı ilə yanaşı, gələcəkdə gübrə ixracı potensialını da gücləndirəcək.
